"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yasamal bələdiyyəsi şəhidin adına “Bulaq” inşa edib

--2021-12-16 / 10:36

Yasamal RiH-in təşəbbüsü Yasamal bələdiyyəsinin təşkilatçılığı ilə şəhid Elvin islamovun əziz xatirəsinə “Bulaq” inşa edilib. Qeyd edək ki, Bakının Yasamal rayon sakini, əslən Xızı rayonundan olan Elvin islamov Vətən müharibəsində böyük qəhrəmanlıqla iştirak edərək Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. 1995-ci il təvəllüdlü əsgər Hadrut uğrunda gedən döyüşlərdə, Qroqan kəndinin meşəsində raket atəşi zamanı çıxan qəlpələrdən yaralanaraq şəhidlik zirvəsinə ucalıb.

Yasamal bələdiyyəsi tərəfindən Bulaq kompleksinin ətrafında səliqə-səhman işləri aparılmış, küçə boyu səkiyə və yola asfalt vurulmuşdur.

 Bələdiyyədən daxil olan məlumata görə, rayon bələdiyyəsi olaraq şəhidlərin adının əbədiləşdirilməsi ilə bağlı ciddi layihələri icra edilməkdədir.

Belediyye.info

ŞƏRHLƏR